Xəzər Xəbər

Gəncədə DƏHŞƏTLİ QƏTL: İtkin düşən qızın meyiti zibillikdən tapıldı VİDEO

Veb TV | 20:36 • 19 Mart 2021
Gəncədə DƏHŞƏTLİ QƏTL: İtkin düşən qızın meyiti zibillikdən tapıldı

Gəncədə bir ay əvvəl itkin düşən gənc qızın meyiti tapılıb. İlkin istintiq-əməliyyat tədbirləri nəticəsində onun tanışı olan gənc oğlan tərəfindən qəsdən öldürüldüyü məlum olub.

Bir ay əvvəl itkin düşdü, ailəsi tapılması üçün həm hüquq-mühafizə orqanlarına müraciət etdi, həm də özləri axtarışa çıxdı. 

19 yaşlı Pərvin Musayevanın xüsusi amansızlıqla qətlə yetirildiyi və cəsədinin məişət tullantıları yığınına atıldığı məlum olub. İstintaq müəyyən edib ki, onu bir ay əvvəl tanışı 20 yaşlı Sərdar Cəfərov öldürüb.

Hüquq-mühafizə orqanları həmçinin müəyyən edib ki, Sərdar Cəfərov Pərvin Musayevanı 19 fevral 2021-ci il tarixdə özünə məxsus avtomobildə qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı boğaraq öldürüb. Sonra isə meyiti öz avtomobili ilə apararaq zibilliyə atıb.

Sərdar Cəfərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, həm Pərvin, həm də Sərdar Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri olublar.

 

Xəbər lenti