Xəzər Xəbər

Qarşısına çıxan avtomobilləri əzib keçir... Sürücü qəzaları bilərəkdən törədib? video

Veb TV | 21:14 • 17 Mart 2021
Qarşısına çıxan avtomobilləri əzib keçir... Sürücü qəzaları bilərəkdən törədib?

Yol hərəkəti qaydasını pozaraq onun qarşısına çıxan bütün avtomobilləri əzir. 

Görüntülər qəza törədən sürücü Kənan Davud tərəfindən sosial şəbəkələrdə paylaşılıb. Həmin sürücü idarə etdiyi "offroad" avtomobilinə video qeydiyyat cihazı quraşdırıb. O, paytaxt ərazisində yol hərəkəti qayalarını pozaraq qarşısına çıxan avtomobillərə yol verməyərək sanki bilərəkdən onları əzir. Daha doğrusu sosial şəbəkələrdə paylaşdığı videolardan belə görünür.

Xezerxeber.az-ın məlumatına görə, sürücü Kənan Davudun bu paylaşımından sonra Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məsələni nəzarətə götürərək onu idarəyə dəvət ediblər.

Sürücünün dediyinə görə, həmin "offroad" avtomobilini 1 ildən çoxdur ki, satıb. Qəzalar isə 4-il əvvəl olub və həmin hadisələri bilərəkdən etməyib.

 Kənan Davud iddia edir ki, onun bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında səhv başa düşülüb. Deyir ki, məqsədi mütəmadi belə qayda pozanların həmin videoları görməsi və bundan mümkün qədər yayınmalarına çağırış olub. Sürücü onu da deyir ki, baş verən qəzalardan maksimum dərəcədə yayınmağa çalışıb.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşı Araz Əsgərli isə deyir ki, Kənan Davudun iştirakı ilə müxtəlif vaxtlarda baş vermiş hadisələr yol polisi əməkdaşları tərəfindən araşdırılıb və bütün qəzalara hüquqi qiymət verilib.

Qeyd edək ki, araşdırma zamanı məlum olub ki, sürücü bir ilə yaxındır idarə etdiyi digər avtomobillə heç bir qəza törətməyib. Onun izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti