Xəzər Xəbər

Ağdamda erməni vandalizmi və ya burdan bir vəhşi qəbilə keçib - "Xəzər Xəbər"in REPORTAJI video

Veb TV | 21:39 • 13 Mart 2021
Ağdamda erməni vandalizmi və ya burdan bir vəhşi qəbilə keçib - "Xəzər Xəbər"in REPORTAJI

Bu gün media, QHT rəhbərləri, blogerlər və ictimai fəalların işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri olub.

Xezerxeber.az-ın məlumatına görə, nümayəndə heyətini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

Əvvəlcə Ağdamın Baş Qərvənd kəndinin ərazisində yerləşən Bərdə-Ağdam dəmir yolu xəttinin ətrafının minalardan təmizlənməsi əməliyyatları ilə tanışlıq olub. Həmçinin ərazidən tapılan minaların zərərsizləşdirilməsi prosesi izlənilib. 

Daha sonra səfər iştirakçıları Ağdam şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.

Səfər çərçivəsində Ağdam xanlarının abidələr kompleksi, İmarət qəbiristanlığı, “Qarabağ” futbol klubunun “İmarət” stadionu və Şahbulaq qalası ziyarət edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti