Xəzər Xəbər

Azərbaycanda neçə şagird koronavirusa yoluxub? VİDEO

Veb TV | 21:35 • 23 Fevral 2021
Azərbaycanda neçə şagird koronavirusa yoluxub?

Şagirdləri və işçi heyəti koronavirus infeksiyasına yoluxduğuna görə 4 məktəb bağlanıb. Həmin məktəblərdə dərslər distant formada keçiriləcək. Təhsil Nazirliyindən bildirilib ki, fevralın 1-dən bu vaxta qədər ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225, işçi heyətinin sayı 159 nəfər olub.

Bakı, Gəncə və Ağdamda ümumilikdə 4 məktəb bağlanıb. Buna səbəb bu təhsil ocaqlarında şagird və işçi heyətin koronavirus infeksiyasına yoluxması olub. 

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehovun sözlərinə görə, bağlanan məktəblərdə dərslər distant formada keçiriləcək.

Nazirlik rəsmisi bildirdi ki, 1-21 fevral tarixlərində ölkə üzrə virusa yoluxmuş şagirdlərin sayı 225, işçi heyətin sayı isə 159 nəfər təşkil edib. Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, bağlanan, distant təhsilə keçirilmiş təhsil müəssisələri Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Fevralın 1-dən ənənəvi tədrisə cəlb olunmuş şagirdlərin ümumi sayı 600 min, işçi sayı isə 120 min nəfərdir. Bu dövr ərzində ənənəvi dərslərdə iştirak edən şagird və müəllimlərin davamiyyəti 90 faiz olub.

Qeyd edək ki, Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə" qərarına və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən davam etdirilir. 

Xəbər lenti