Xəzər Xəbər

Müharibə başlayandan 3 gün sonra mayor Maşıyevlə əlaqə kəsilib - Ailəsi onun yolunu gözləyir - VİDEO

Veb TV | 19:45 • 8 Dekabr 2020
Müharibə başlayandan 3 gün sonra mayor Maşıyevlə əlaqə kəsilib -

Vətən müharibəsnin ilk günlərindən qızğın döyüşlərə atılan mayor Asəf Maşıyevdən iki aydan çoxdur ki, xəbər yoxdur.

Xezerxeber.az-ın məlumatına görə, müharibə başlayandan 3 gün sonra onun ailəsi ilə əlaqəsi kəsilib.

Ailəyə əvvəlcə mayor Maşıyevin şəhid olması haqda məlumat gəlib, ancaq bu xəbər təsdiqini tapmayıb. Ailə kəşfiyyatçı zabitin tapılması üçün Qırmızı Xaç Komitəsinə müraciət edib.

Peşəkar zabit olması, keçdiyi şərəfli xidmət və döyüş yolu, daha əvvəlki hərbi əməliyyatlarda, aprel döyüşlərində göstərdiyi sücaət Asəf Maşıyevin sağ olmasına və tezliklə dönəcəyinə ümidləri artırır.

İndi ailə hər gələn telefon zənginə, hər qapı döyülməsinə böyük ümidlə baxır. Bütün doğmaları inanırlar ki, mayor Maşıyev "geri dönmək" adlı bu kəşfiyyat tapşırığının da öhdəsindən layiqincə gələcək və tezliklə əzizlərinin üzünü güldürəcək, ailəsini yenidən süfrə başına toplayıb döyüş sücaətlərindən danışacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti