Xəzər Xəbər

Milli Məclisin plenar iclası keçirilib - VİDEO

Veb TV | 21:12 • 20 Noyabr 2020
Milli Məclisin plenar iclası keçirilib -

''Fransa açıq şəkildə qərəzli mövqe ortaya qoyub. Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquqla bağlı öhdəlikllərinə ziddiyyət təşkil edir''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Milli Məclis sədri Sahibə Qafarova parlamentin plenar iclasında bildirib.

O qeyd edib ki, Fransa münaqişənin ilk günündən qərəzli mövqe nümayiş etdirir.

İclasda çıxış edən millət vəkilləri də Fransanın münaqişə ilə bağlı mövqeyini sərt formada tənqid ediblər.

Plenar iclasda parlament sədrinin təşəbbüsü ilə prezidentin xalqa müraciəti canlı şəkildə izlənib və millət vəkilləri Ali Baş Komandanın fikirlərini ayaq üstə alqışlayıblar.

İclasda çıxış edən Milli Məclisin vitse-spikeri Əli Hüseynli bildirib ki, hazırda Azərbaycanda 10 orden və 64 medal var. Ölkə başçısı onlara yenilərinin əlavə olunmasını təklif edib.

Plenar iclasda polietilen torbalar və plastik stəkanların satışını qadağan edən qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bildirilib ki, ölkəmizdə hər il adambaşına 24 kq plastik tullantı yaranır. Bu hal da təbiətimizə və insanların səhhətlərinə böyük ziyan vurur. Ona görə də bu məhsulların istehlakı və satışı ilə məşğul olanlar cərimələnəcəklər.

Eyni zamanda iclasda Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi, Xocalının Quşçubaba kəndinin Baharlı adlandırılması haqqında qanun layihələri də qəbul edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti