Xəzər Xəbər

Düşmənin daha 2 "Smerç"i məhv edildi VİDEO

Veb TV | 17:20 • 30 Oktyabr 2020
Düşmənin daha 2 "Smerç"i məhv edildi

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd "Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.


Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.


Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd "Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.


Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.



Xəbər lenti