Almaniyanın Düsseldorf şəhərində minlərlə şəxs etiraz aksiyasına çıxıb.
Bu barədə "Euronews” xəbər yayıb.
Küçələrə çıxan insanlar hökumətin koronavirusla əlaqədar tətbiq etdiyi məhdudlaşdırıcı tədbirlərə etiraz ediblər.
Koronavirus infeksiyasına yoluxma sayının artması fonunda almaniyalı rəsmilər vətəndaşları sanitar qaydalara riayət etməyə çağırıb, bəzi qadağalar tətbiq olunub.