Xəzər Xəbər

İngiltərədə mövsümün ən yaxşı qolu bəlli oldu VİDEO

Veb TV | 15:23 • 13 Avqust 2020
İngiltərədə mövsümün ən yaxşı qolu bəlli oldu

İngiltərə Premyer Liqasında 2019/2020 mövsümün ən yaxşı qolu açıqlanıb.


"Tottenhem"in futbolçusu Son Hın Minin 16-cı turdakı dəqiq zərbəsi ən yaxşı adına layiq görülüb.


28 yaşlı cənubi koreyalı hücumçu "Börnli" ilə matçda baxımlı qola imza atıb. Forvard meydanın komandasına aid hissəsində topu alıb və altı rəqibini keçərək fərqlənə bilib.


Qeyd edək ki, qarşılaşma "Tottenhem"in 5:0 hesablı qələbəsi ilə yükunlaşıb. Son Hın Min 2015-ci ildən "Tottenhem"də çıxış edir.


Xəbər lenti