Xəzər Xəbər

Sosial yardımın təyinatında yeniliklər edilir - VİDEO

Veb TV | 09:22 • 16 İyul 2020
Sosial yardımın təyinatında yeniliklər edilir -

Ünvanlı sosial yardımın təyinat meyarları yumşaldılır, aztəminatlı ailələrin proqrama çıxışı artırılır. Bununla bağlı ''Ünvanlı dövlət sosial yardımı haqqında'' qanuna edilən dəyişikliklər təsdiq edilib.

Xezerxeber.az-ın məlumatına görə, əsas yeniliklərdən biri ünvanlı sosial yardımla bağlı ailənin müraciətlərinə faktiki yaşayış yeri üzrə baxılmasını nəzərdə tutur. Əgər əvvəllər ailə yardım almaq üçün yalnız qeydiyyatda olduğu yerdə müraciət edə bilərdisə, indi bu tələb aradan qaldırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Babək Hüseynov deyib ki, qanuna əsasən ailə tərkibində əmək qabiliyyətli olub, güzəştli səbəbdən işləməyən şəxslərin əhatə dairəsi də genişləndirilib.

Babək Hüseynovun sözlərinə görə indiyədək ünvanlı sosial yardım 2 il müddətinə təyin edilirdi. Bundan sonra bu müddət 1 ilə endirilir və həmin müddətdən sonra ailənin vəziyyəti yenidən yoxlanılacaq. Əvvəllər ünvanlı sosial yardım təyini zamanı ailənin götürdüyü kreditlər araşdırılırdı. Yeni qaydalarda isə bu tələb nəzərdə tutulmur.

Qeyd edək ki, hazırda 85 minə yaxın ailə bu yardımdan bəhrələnir. Hər ailəyə orta hesabla ayda 225 manat verilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar