Xəzər Xəbər

Yürüş iştirakçıları Milli Məclisin binasında dağıntılar törədib - VİDEO

Veb TV | 20:41 • 15 İyul 2020
Yürüş iştirakçıları Milli Məclisin binasında dağıntılar törədib -

İyulun 14-dən 15-nə keçən gecə Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiyadan sui-istifadə edən bir qrup şəxs Milli Məclisin binasına hücum edib. Qeyri-qanuni şəkildə Milli Məclisə daxil olanlar dağıntılar törədərək, Parlamentin mülkiyyət və inventarına xeyli ziyan vurublar.

Xezerxeber.az-ın məlumatına görə, Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları 3-cü mərtəbəyə kimi hərəkət edərək, dibçək, çılçıraq, müxtəlif oturacaqları sındırıb, divar və qapıları yararsız hala salıblar.

Millət vəkili Jalə Əliyeva deyib ki, hadisə Şəhidlər Xiyabanı ətrafında sakit şəkildə davam edən aksiya sonlandıqdan sonra baş verib. Aksiya iştirakçılarına qarışan bir qrup şəxs gecə saatlarında gözlənilmədən Parlament binasına hücum çəkiblər.

Hadisə ilə bağlı jurnalistlərə açıqlama verən Milli Məclisin mətbuat xidmətinin rəhbəri Ceyhun Əli bildirib ki, təxribatı törədənlər polisin köməkliyi ilə binadan uzaqlaşdırılıb.

Hadisədən dərhal sonra Parlamentin sədri Sahibə Qafarova Milli Məclisdə olub. O, fəsadların aradan qaldırılması üçün aidiyyatı üzrə tapşırıqlarını verib.

Qeyd edək ki, aksiyadan sui-istifadə edənlərin bu davranışları vətəndaşlar tərəfindən vandallıq aktı və ən əsası isə şəhidlərin ruhuna hörmətsizlik kimi qəbul olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti