Xəzər Xəbər

Orduda kəşfiyyatçılar arasında yarışlar keçirildi VİDEO

Veb TV | 17:40 • 25 May 2020
Orduda kəşfiyyatçılar arasında yarışlar keçirildi

Əlahiddə Ümumqoşun Orduda "Ən yaxşı kəşfiyyat taqım-qrup komandiri” və "Ən yaxşı kəşfiyyat qrupu” adı uğrunda yarışlar keçirilib.

Bu barədə XəzərXəbər-ə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yarışın planına əsasən əvvəlcə sıra baxışı keçirilib və şəxsi heyətin təchizatı yoxlanılıb, iştirakçılara yarışın məqsədi və təhlükəsizlik qaydaları çatdırılıb.

Hərbi hissə və təlim mərkəzlərində keçirilən yarışlarda komadirlərin və şəxsi heyətin nəzəri bilikləri, fiziki hazırlığı və praktiki vərdişləri yoxlanılıb.

Ərazidə maskalanma və hərəkət, gündüzləmə yerinin və mühafizənin təşkili, atıcı silahlardan praktiki atışlar yerinə yetirilib.

Sonda qaliblər Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən mükafatlandırılıblar.

Xəbər lenti

Çox oxunanlar