Xəzər Xəbər

Korrupsiyaya qarşı mübarizə davamlı olacaq - "Məmurlar son hadisələrdən dərs çıxarmalıdır" - VİDEO

Veb TV | 20:07 • 8 May 2020
 Korrupsiyaya qarşı mübarizə davamlı olacaq  -

''Azərbaycanda ard-arda bir sıra dövlət məmurları saxlanılsa da, hələ də bir çox məmur bundan dərs çıxarmır''.

Xezerxeber.az-ın məlumatına görə, bunu millət vəkili Qüdrət Həsənquliyev ölkəməzdə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində görülən işlərdən danışarkən seyib.

Onun sözlərinə görə, bu kimi halların qarşısının alınması üçün qanunvericilikdə də ciddi islahatlar aparılacaq.

Millət vəkili Tahir Kərimlinin sözlərinə görə isə, hələ də bir çox məmur atılan addımların kampaniya xarakterli olacağını düşünür və bu da onlar üçün ən ağır nəticələrə yol açacaq. O, həmin məmurların xalqın dövlətə olan inamına ciddi zərbə vurduğunu deyir.

Millət vəkili ölkə başçısının iradəsi ilə həyata keçirilən bu əməliyyatların xalq tərəfindən ciddi dəstəkləndiyini və onların cəmiyyətə ən aydın formada təqdim edilməsinin dövlətə olan inamı gücləndirdiyini bildirib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti