Xəzər Xəbər

Bakıda kişi mağazadan belə oğurluq etdi - ANBAAN VİDEO

Veb TV | 12:51 • 7 Aprel 2020
Bakıda kişi mağazadan

Bakının Nizami rayonunda mağazadan oğurluq edən şəxs saxlanılıb.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, hadisə Babək prospekti ilə Qafqaz küçəsinin kəsişməsində yerləşən mağazaların birində qeydə alınıb.

Belə ki, axşam saat 21:00-da Bakı sakini, 1998-ci il təvəllüdlü Elçin Qədirov oğurluğa cəhd göstərib. Mağaza sahibinin sayıqlığı nəticəsində E.Qədirov Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər lenti