Xəzər Xəbər

Qonşu ölkədə sakinlər bu mənzərəni ancaq pəncərədən seyr edə bilirlər - VİDEO

Veb TV | 18:02 • 4 Aprel 2020
Qonşu ölkədə sakinlər bu mənzərəni

Bir neçə ay əvvəl Çinin Uhan şəhərində küçələrin dezinfeksiya edilməsi barədə kadrlar yayılmışdı. Bu gün isə həmin mənzərəni Gürcüstanın paytaxtında görmək olar.Tbilisi küçələrinin təmizliyi göz qamaşdırır.

Bu, təkcə yerlərin mütəmadi olaraq yuyulması və dezinfeksiyasına görə deyil, sadəcə, küçələri çirkləndirəcək kimsə yoxdur. Sakinlər paytaxtın təmiz küçələrinə ancaq pəncərədən baxa bilirlər.

"Sputnik” bununla bağlı maraqlı kadrları təqdim edir:

Xatırladaq ki, Gürcüstanda koronavirusa 156 yoluxma halı qeydə alınıb. Sağalanların sayı isə 28 nəfərdir.

Gürcüstanda hazırda fövqəladə vəziyyət rejimi tətbiq olunur. Martın 31-dən etibarən şəhərdə saat 21:00-dan 06:00-a qədər komendant saatı tətbiq edilib.

Xəbər lenti