Xəzər Xəbər

Türkiyədə yaşı 20-dən az olanlara evdən çıxmaq qadağan edildi - VİDEO

Veb TV | 10:40 • 4 Aprel 2020
Türkiyədə yaşı 20-dən az olanlara

Türkiyə hakimiyyəti koronavirusun yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirib.

"Anadolu” agentliyi bildirir ki, yeni məhdudiyyətlər barədə ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciətində məlumat verib.

"Beləliklə, Türkiyənin 30 böyük şəhərində və Zonquldak vilayətində nəqliyyatın hərəkəti 15 gün müddətinə dayandırılacaq və zərurət yarandıqda bu müddət uzadıla bilər”, - deyə Ərdoğan bildirib.

Bundan savayı, ölkənin yaşı 20-dən az olan sakinlərinə küçəyə çıxmaq qadağan edilib, ictimai yerlərdə isə vətəndaşlar mütləq tibbi maskalar taxmalıdırlar.

Ərdoğan qeyd edib ki, Türkiyə xəstəliyə hazırlıq səviyyəsinə görə bir çox inkişaf etmiş dövlətləriqabaqlayır. Ölkə özü lazımi miqdarda maska, test dəstləri istehsal edir, həmçinin kifayət qədər həkimi var.

Xəbər lenti