Xəzər Xəbər

Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər - VİDEO

Veb TV | 20:19 • 27 Mart 2020
Müntəzəm marşrut xətlərinin fəaliyyəti dayandırıla bilər -

Xüsusi karantin rejiminin olmasına, dəfələrlə tövsiyə və xəbərdarlıq edilməsinə baxmayaraq, bəzi sərnişinlər özlərini təhlükəyə atırlar. Onlar xüsusi karantin rejimi qaydalarına və tövsiyələrini əməl etməyərək, zərurət olmadan belə evdən çıxırlar. Nəticədə səhər və axşam saatlarında bəzi istiqamətlər üzrə avtobuslarda sərnişin sıxlığı müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtda fəaliyyət göstərən 7a nömrəli marşrut avtobusunda sərnişin sıxlığını əks etdirən görüntü yayılıb.

Məsələyə Bakı Nəqliyyat Agentliyindən münasibət bildirilib. Qurumun mətbuat katibi Mais Ağayevin sözlərinə görə, məhz bu səbəbdən Bakıda fəaliyyət göstərən marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırıla bilər. Mais Ağayev bildirib ki, əməkdaşlar tərəfindən marşrut avtobuslarında monitorinqlər aparılacaq və nəticədən asılı olaraq qərar qəbul ediləcək.

Mövcud vəziyyət yenidən təkrarlanacağı təqdirdə müntəzəm marşrut xətlərinin fəaliyyəti tamamilə dayandırılacaq və sərnişindaşımaları yalnız müəyyən istiqamətlər üzrə hərəkət edən ekspress xətt avtobusları həyata keçirəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti