Xəzər Xəbər

Mourinyonun elə görüntüləri yayıldı ki... - VİDEO

Veb TV | 15:03 • 24 Mart 2020
Mourinyonun

İngiltərə Premyer Liqasında çıxış edən "Tottenhem" klubunun baş məşqçisi Joze Mourinyo xeyirxah əməli ilə gündəmə gəlib.

Mourinyo koronavirus (COVID-19) pandemiyasının yayılması səbəbindən küçəyə çıxma qadağası olan İngiltərədə yaşlıların köməyinə çatıb.

Portuqaliyalı mütəxəssis xeyriyyə şirkəti ilə birlikdə Londonda evindən çıxa bilməyən yaşlı insanlar üçün alış-veriş edib. Daha sonra 57 yaşlı baş məşqçi məhsulların qablaşdırılmasına kömək edib.

Mourinyo xeyriyyə işləri zamanı maska və əlcək istifadə etməyi də unutmayıb.

Publika.az

Xəbər lenti