Xəzər Xəbər

Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi VİDEO

Veb TV | 21:30 • 5 Mart 2020
Konstitusiya Məhkəməsi seçkilərin nəticələrini təsdiqlədi

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisə keçirilmiş növbədənkənar seçkilərin nəticələrinə baxılıb. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə baş tutan iclasda məruzəçilər tərəfindən seçkilərin keçirilməsi və yekunları barədə məlumat verilib. Daha sonra çıxış edən Mərkəzi Seçki Komisyasının sədri Məzahir Pənahov seçkinin təşkili və MSK-nın qərarları barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, seçkidən sonra şikayətlərin araşdırılması zamanı 4 dairənın və bundan əlavə 87 məntəqə üzrə seçkilərin nəticələri ləğv edilib.

Bütün məruzəçilər və ekspertlərin fikrini dinlədikdən sonra Konstitusiya məhkəməsinin hakimləri müşavirəyə gedib və biraz sonra məhkəmənin yekun qərarı elan olunub. Məhkəmə sədri Fərhad Abdullayev qərarı oxuyarkən bildirib ki, məhkəmələr tərəfindən Konstitusiya məhkəməsinə təqdim edilən materillara əsasən belə nəticəyə gəlmək olar ki, baxılan işlər MSK nın yekun pratakoluna təsir göstərməyib.

Daha sonra iclasda nəticələri təsdiqlənən dairələr elan edilib.

Xəbər lenti