Xəzər Xəbər

İmişlidə bir ailənin 3 üzvü zəhələnib, biri ölüb, ikisinin vəziyyəti ağırdır - VİDEO

Veb TV | 18:38 • 13 Fevral 2020
İmişlidə bir ailənin 3 üzvü zəhələnib, biri ölüb, ikisinin vəziyyəti ağırdır -

İmişlidə bir ailənin 3 üzvü istifadə etdikləri turşudan zəhələnib. Onlardan biri ölüb, ikisinin isə vəziyyəti ağırdır.

Xezerxeber.az-ın məlumatına görə, hadisə üç gün əvvəl İmişli rayonunun Qaralar kəndində yerləşən fermada baş verib.

Həmin fermanın çobanı - Ağdam sakinləri - 1971-ci il təvəllüdlü Elman Ağayev, həyat yoldaşı- 1968-ci il təvəllüdlü Səyalı Ağayeva və 15 yaşlı qız övladı- Samirə Ağayeva zəhərlənmə diaqnozu ilə İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Elman Ağayev və Səyalı Ağayeva Bakıya gətirilərək Kliniki Tibbi Mərkəzin yolxucu xəstəliklər şöbəsinə yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq Səyalı Ağayevanın həyatını xilas etmək mümkün olmayıb. Hazırda Elman Ağayevin Bakıda, qızının isə İmişlidə müalicəsi davam etdirilir. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Məsələyə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli də münasibət bildirib. Sədr əhaliyə müraciət edərək bildirib ki, məhsulları kustar üsulla hazırlayan zaman həddindən artıq diqqətli olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti