Xəzər Xəbər

Azərbaycanda turist avtobusu aşdı ÖLƏNLƏR VAR - VİDEO

Veb TV | 12:25 • 26 Yanvar 2020
Azərbaycanda turist avtobusu aşdı

Bu gün İsmayıllı rayonunda ağır yol qəzası baş verib.

Şamaxı-Muğanlı-Şəki yolunun İsmayıllının Bilzan kəndindən keçən hissəsində turist avtobusu minik avtomobili ilə toqquşub. Nəticədə avtobus idarəetmədən çıxaraq aşıb.

İlkin məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.

Hadisə barədə ətraflı məlumat veriləcək.

publika.az

Xəbər lenti