Xəzər Xəbər

Türkiyədə 4-cü ŞİDDƏTLİ ZƏLZƏLƏ baş verdi VİDEO

Veb TV | 13:41 • 23 Yanvar 2020
Türkiyədə 4-cü ŞİDDƏTLİ ZƏLZƏLƏ baş verdi

Manisa şəhərində daha bir zəlzələ meydana gəlib.

Yerli vaxtla saat 11:34-də 3,9 bal gücündə yerlatı təkanlar qeydə alınıb.

Gecə saatlarında baş verən 5,4 bal gücündəki zəlzələdən sonra saat 09:25-ə qədər 212 avterşok olub.

Sarsıntılar Aydın, İzmir, Denizli, Çanakkale, Balıkesir, Eskişehir, Kütahya, Bursa, Yalova, İstanbul və Tekirdağın Marmara Dənizi sahilindəki qəsəbələrində hiss olunub.

***

Manisa valiliyindən baş verən yeraltı təkanlar barədə açıqlama verilib.

Açıqlamaya görə, zəlzələ Çəltikci məhəlləsində dağıntıya səbəb olub. Bir neçə ev sıradan çıxıb. Yaralılar yoxdur. Zəlzələ şəhər mərkəzində fəsadlara yol açmayıb.

***

Türkiyənin Manisa vilayətində rixter cədvəli üzrə 5,4 bal gücündə zəlzələ baş verib.

Anadolu agentliyi xəbər verir ki, yeraltı təkanların episentri Akhisar rayonunda yerin 7 kilometr dərinliyində yerləşib. Zəlzələ yerli vaxtla saat 22:22 radələrində qeydə alınıb. Bəzi mənbələr yeraltı təkanların 5,6 bal gücündə olduğunu qeyd edib.

Ardınca bölgədə 4,4 bal və 3,3 bal gücündə daha iki zəlzələ baş verib. Zəlzələ İstanbul, İzmir, Bursa və digər ətraf şəhərlərdə də hiss edilib. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, son bir neçə həftə ərzində Türkiyədə yüzlərlə yeraltı təkan baş verib.

publika.az

Xəbər lenti

Çox oxunanlar