Xəzər Xəbər

Bakıda ağır qəza - "Toyota" eyni anda 4 avtomobili əzdi - VİDEO

Veb TV | 10:35 • 18 Yanvar 2020
Bakıda ağır qəza -

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Şəhər istiqaməti ilə hərəkətdə olan 90-MD-770 dövlət nömrəli "Toyota" markalı maşın yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə nəticəsində qəza törədən avtomobil də daxil olmaqla 5 nəqliyyat vasitəsi yararsız hala düşüb.

Hadisədə zərərçəkən şəxsin sözlərinə görə, "Toyota"nın sürücüsünün içkili olduğu ehtimal edilir.

Qəza ilə bağlı araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar