Xəzər Xəbər

17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI - VİDEO

Veb TV | 10:42 • 17 Yanvar 2020
17 yaşlı şagird alimləri heyrətə gətirən

NASA-da təcrübə keçən 17 yaşlı şagird Volf Cukier işinin 3-cü günündə önəmli kəşfə imza atıb.

O yeni planet kəşf edib. Məlumata görə, litsey şagirdi peyk görüntülərini nəzərdən keçirərkən fotolarda qəribə işıq izləri müşahidə edib. Bunun yeni planet ola biləcəyi qənaətinə gələn şagird, NASA-dakı nümayəndələrə məlumat verib.

Araşdırmalardan sonra işığın formalaşmasına səbəb olan cismin planet olduğu müəyyən edilib. Məlumata görə, yeni planet Dünyadan 1300 işıq ili uzaqlıqda yerləşir./publika.az

Xəbər lenti