Xəzər Xəbər

ŞOK: Bəy evləndiyi şəxsin kişi olduğunu iki həftə sonra öyrəndi Dünya bu toydan danışır - VİDEO

Veb TV | 10:13 • 17 Yanvar 2020
ŞOK: Bəy evləndiyi şəxsin kişi olduğunu iki həftə sonra öyrəndi

Uqandada baş verən hadisə dünya mediasının diqqətini cəlb edib.

Kayunqa qəsəbəsinin axundu 27 yaşlı Məhəmməd Mutumba iki həftə əvvəl yerli adətlərə uyğun şəkildə özünü Svabullah Nabukerra kimi təqdim edən qadınla evlənib. Lakin sonradan məlum olub ki, əslində axundun evləndiyi şəxs qadın yox kişi imiş.

Hadisənin üstü təsadüfən açılıb. Özünü qadın kimi təqdim edən şəxs iki həftə sonra qonşuluqdan oğurluq edib. Polis hadisədən xəbər tutandan sonra Nabukerra nəzarətə götürülüb. Araşdırma nəticəsində şübhəlinin kişi olduğu üzə çıxıb. Axund özü də hadisədən şok keçirib.

Axundun sözlərinə görə saxta həyat yoldaşı müxtəlif bəhanələrlə onunla yaxınlıq etməkdən çəkinib. Artıq tərəflər boşanıb. Axund vəzifəsindən uzaqlaşdırılıb./publika.az

Xəbər lenti