Xəzər Xəbər

Türkiyənin elektrik mühərrikli avtomobilini dünya tanıyacaq VİDEO

Veb TV | 15:47 • 16 Yanvar 2020
Türkiyənin elektrik mühərrikli avtomobilini dünya tanıyacaq
Türkiyənin dizaynı və texniki xüsusiyyətləri ilə böyük rəğbət qazanan C seqmentinə aid elektrik mühərrikli SUV (Sport Utility Vehicle – İdman avtomobili) modeli ilk dəfə İspaniyanın Barselona şəhərində keçiriləcək MWC sərgisində tanıdılacaq.

Yerli modelin təqdimatını Avtomobil Müəssisəsi Qrupunun (TOGG) baş icraçı direktoru Gürcan Karakaş reallaşdıracaq.



Texnologiya sərgisi 24-27 fevral tarixlərində baş tutacaq.



Qeyd edək ki, Türkiyənin ilk mühərrikli yerli avtomobilinin istehsal ediləcəyi zavodun inşası 2020-ci ildə başa çatacaq. Onun ilk seriyasının istehsalının isə 2022-ci ildə yekunlaşdırılması hədəflənib./publika.az


Xəbər lenti