Xəzər Xəbər

Hökumətdən icbari tibbi sığorta ilə bağlı VACİB QƏRAR VİDEO

Veb TV | 19:38 • 12 Yanvar 2020
Hökumətdən icbari tibbi sığorta ilə bağlı VACİB QƏRAR

İcbari Tibbi Sığorta üzrə xidmətlər zərfində bir sıra xidmətlərin icrası zamanı vətəndaşlar az da olsa vəsait ödəyəcəklər. Nazirlər Kabineti həmin siyahını müəyyən edərək artıq təsdiqləyib. Bir sıra bahalı müayinələr üçün isə vətəndaşlardan ödənişin az bir hissəsi tələb ediləcək.

İcbari tibbi sığorta üzrə xidmətlər zərfində nəzərə tutulmuş tibbi xidmətlərlə əlaqədar vətəndaşların hansı hallarda və nə qədər əlavə vəsait ödəyəcəyi ilə bağlı qaydalarmüəyyənləşib.

Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi "İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi"ndə əksini tapıb. Qaydalar icbari tibbi sığortası olan vətəndaşın ərazi üzrə müraciət formasına görə tənzimlənir. Belə ki, qeydiyyatda olduğu rayonda vətəndaşlar ailə həkimi əvəzinə başqa həkimə müraciət edəndə əlavə vəsait ödəyəcəklər.

Bundan başqa hansısa bir cərrahiyə əməliyyatına il ərzində bir neçə dəfə müraciət edən vətəndaşlar Xidmətlər Zərfində yer alan həmin tibbi xidmətin də bir qisminin vəsaitini ödəyəcəklər.

Bundan başqa əgər Xidmətlər Zərfində olan lakin vətəndaşın müraciət etdiyi ərazidə müalicəsi mümkün olmayan xəstəliklər üzrə isə vətəndaşlar heç bir əlavə vəsait ödəməyəcəklər. Belə ki, ardıcıllıqla ilk olaraq həmin vətəndaş göndərişlə digər bölgədə yerləşən tibb müəssisəsinə yollanacaq.

Onu da qeyd edək ki, Xidətlər zərfində mövcud olan bəzi müayinələrin isə yalnız kiçik bir hissəsini vətəndaş qarşılayacaq. Belə ki, vətəndaşlar ambulator şəraitdə göstərilən MRT yəni maqnit-rezonans tomoqrafiyası və kompüter tomoqrafiyası xidmətinə görə hər müraciət üçün 20 manat müştərək maliyyələşmə məbləği ödəyəcək.

Xəbər lenti