Xəzər Xəbər

Bayram günlərinin HAVASI - Temperatur aşağı düşür, QAR, YAĞIŞ GƏLİR - VİDEO

Veb TV | 20:36 • 30 Dekabr 2019
Bayram günlərinin HAVASI -

"Bu il ölkəmizdə 2 milyona yaxın ağac əkilib. Nəsimi ili çərçivəsində ölkəmizin hər yerində bir gündə 650 min ağacəkmə aksiyasıkeçirilib. Bu, Ekologiya və Təbii Sərvətlər Nazirliyində ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirilib. Konfransda həmçinin bayram günlərində gözlənilən hava şəraiti də açıqlanıb.

"2019-cu ilin yaz və payız ağacəkmə mövsümlərində ölkənin meşə və qeyri-meşə sahələrində ümumilikdə 1 milyon 764 min 356 ağac əkilib" .

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində ilin yekunlarına dairkeçirilən mətbuat konfransında nazir müavini Firdovsi Əliyev deyib. O bildirib ki, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ölkəmizin hər yerindəağacəkmə aksiyası keçirilib.

Azərbaycanın milli parklarının ekoturizm marşrutlarını və nadir təbiət mənzərələrini əks etdirən yeni kitab nəşr edilib. Kitabda Azərbaycanın milli parklarındakı 110 ekoturizm marşrutu xəritələşdirilib və ətraflı sxemi verilib.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva isə bayram günlərində gözlənilən hava şəraitini açıqlayıb.

Yeni İlin ilk günü isə ölkədə küləksiz hava şəraiti olmaqla, temperaturun 14 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Xəbər lenti