Xəzər Xəbər

Azərbaycan səhnəsinin gözəllik pərisi - Leyla Bədirbəyli VİDEO

Veb TV | 20:19 • 30 Dekabr 2019
Azərbaycan səhnəsinin gözəllik pərisi - Leyla Bədirbəyli

1945-ci ildə Rza Təhmasib "Arşın Mal Alan" filminə çəkilməyə "Gülçöhrə" rolu üçün gözəl xarici görünüşə malik qız axtarır. Üzeyir Bəy Hacıbəylinintövsiyəsindən sonra Leyla Bədirbəyli bu rola təsdiqlənir və beləcə, Azərbaycan səhnəsində "Gülçöhrə" parlayır... Bu gün əməkdaşlarımız görkəmli sənətkarımız Leyla Bədirbəylinin bacısı Ofeliya xanımın qonağı olublar...

İosif Stalinin "Qafqaz gözəli", Səməd Vurğunun "Allı güllü Leyla" çağırdığı bu xanım həm də Azərbaycan qadınının simvoluna çevrilib. Səhnəyə rəqsləri ilə addım atıb və oynadığı rolları ilə yaddaşlarda qalıb.

82 yaşlı Ofeliya Bədirbəyli böyük bacısı haqqında danışanda göz yaşlarını tuta bilmir. Deyir ki, Ulu öndər Heydər Əliyev Leylanı çox sevirdi, qadınlar arasında ilk dəfə "Şərəf" ordenini də ona məhz Heydər Əliyev verib. Ofeliya Bədirbəyli həmçinin Stalinin də Leyla Bədirbəyliyə xüsusi rəğbətinin olduğunu deyib.

Leyla Bədirbəylinin həyat yoldaşı xaricdə avtomobil qəzasına düşüb. Heydər Əliyev təyyarə göndərib onun meyidini Azərbaycana gətirdib. O çox sevdiyi həyat yoldaşını qəzada itirdikdən sonra həyata küsüb və özünə qapanıb. Və ömrünün 80-ci ilində dünyaya gözlərini yumub..

Xəbər lenti