Xəzər Xəbər

Kürdəmirdə azyaşlı faciəli şəkildə öldü VİDEO

Veb TV | 18:31 • 30 Dekabr 2019
Kürdəmirdə azyaşlı faciəli şəkildə öldü

Kürdəmir və Lənkəranda baş vermiş yol qəzaları yenə insan ölümü ilə nəticələnib. Kürdəmirdə velosiped avtomobilə çırpılıb. Lənkəranda isə minik avtomobili piyadanı vurub.

Kürdəmir rayonunda velosiped avtomobilə çırpılıb. Hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Şıxımlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şıxımlı kənd sakini, 12 yaşlı Kənan Nəbiyev velosipedlə hərəkətdə olarkən həmkəndlisi, 21 yaşlı Nicat Məlikovun idarə etdiyiyük maşınına çırpılıb. Nəticədə Kənan Nəbiyev hadisə yerində dünyasını dəyişib.

Onun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə yerləşdirilib.

Lənkəranda isə bir neçə gün əvvəl baş verən qəzadan sonra komaya düşmüş piyada bu gün dünyasını dəyişib. Hadisə axşam saatlarındaköhnə Ələt-Astara magistral yolunun Lənkərandan keçən hissəsində, "Kürə" adlanan ərazidəbaş vermişdi. sürücüXolmili kənd sakini, 31 yaşlı Cavid Əkbərov avtomobili ilə Viyən kənd sakini, 57 yaşlı Ağasəlim Əhmədovu vurduqdan sonra dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmışdı. Koma vəziyyətində olan Ağasəlim Əhmədovbu gün xəstəxanadadünyasını dəyişib.

Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsində daxili və xarici müayinə olunduqdan sonra ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti