Xəzər Xəbər

Bu bayram onlar üçün tam fərqli gəlib VİDEO

Veb TV | 20:40 • 29 Dekabr 2019
Bu bayram onlar üçün tam fərqli gəlib

Bu bayramda bir çox insanlar kimi onlarda öz isti ocaqlarında mənzillərində bayramı qarşılayacaqlar. Söhbət qaçqın və məcburi köçkünlərdən, şəhid ailələri vəqarabağ müharibəsi əlillərindən gedir. Bu kateqoriyadan olan bir sıra ailələrə müxtəlif bölgələrdə evlər verilib

Bu bayram onlar üçün tam fərqli gəlib. Uzun illərdən sonra bayramı öz ocaqlarında mənzillərində keçirəcəklər. Ucar rayonunda250 məcburi köçkün ailəsi üçün yeni yaşayış məhəlləsi istifadəyə verilib. Bu kompleks rayon ərazisindəki yataqxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşan məcburi köçkün ailələri üçün salınıb. Açılış mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, rayon icra hakimiyyətinin başçısıvə digər qonaqlar iştirak ediblər.

Daha sonra püşkatma yolu ilə mənzillərin bölgüsünə başlanıb. Yaşayış kompleksində hər biri beşmərtəbəli olmaqla altı ədəd yaşayış binası tikilib.Qəsəbədəki mənzillərdən 25-i birotaqlı, 110-u ikiotaqlı, 100-ü üçotaqlı, 15-iisə dördotaqlıdır. O cümlədən, yaşayış məhəlləsində 220 şagird yerlik məktəb, 100 yerlik uşaq bağçası, inzibati bina, klub-icma mərkəzi tikilib, o cümlədən müvafiq mühəndis-kommunikasiya şəbəkələri yaradılıb, abadlıq və yaşıllaşdırma işləri görülüb.

Göyçay rayonunda isə80 məcburi köçkün ailəsi üçün içməli su, elektrik enerjisi, təbii qaz və istilik sistemi ilə tam təchiz olunan abad və gözəlyeni yaşayış binasıistifadəyə verilib. keçirilən xüusi tədbirdə ailələrə mənzillərinin açarları təqdim edilib.

Şəmkirdə şəhid ailəsi yeni ili təzə evdə qarşılayacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənşəhidElçin Rüstəmovun ailəsi mənzillə təmin edilib.

Ağcabədi rayonunda daisə 7şəhid ailələri və Qarabağ müharibəsi əlillərinƏ fərdi yaşayış evləri təqdim edilib. Rayonun Yuxarı Qiyaməddinli, Aran, Şahsevən Təzəkənd, Kürdlər, Hacıbədəlli kəndlərində keçirilən mərasimlərdə çıxış edənlər, ölkəmizdə Qarabağ müharibəsi veteranlarının, əlillərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində görülən tədbirlərdən danışıblar.

Bildirilib ki, respublikamızın hər yerində olduğu kimi, Ağcabədi rayonunda da Qarabağ müharibəsi əlilləri və şəhid ailələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Bu kateqoriyadan olan insanlara 2019-cu ildə 20 fərdi ev inşa edilib.

Xəbər lenti