Xəzər Xəbər

Ağcabədidə oğru dostlar saxlanıldı VİDEO

Veb TV | 19:06 • 29 Noyabr 2019
Ağcabədidə oğru dostlar saxlanıldı

Ağcabədidə mənzildən oğurluq edilib. Polis hadisəni törətməkdə şübhəli bilinən 2 nəfəri saxlayıb. Onlardan birinin üzərindənnarkotik vasitə hesab olunan heroin aşkar edilib.

2 nəfərəlbir olub mənzildən oğurluq ediblər.

Oğurluq hadisəsi Ağcabədi rayonundabaş verib. Rayon Hindarx qəsəbə sakiniMəhərrəm Mammedov Ağcabədi rayon polis şöbəsinə müraciət edərək bildirib ki, ona məxsus yaşayış evindən oğurluq olub.Nəticədə ev sahibinə 2000 min manata yaxın ziyan dəyib.

Polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rayon sakinləri Xaliq Tağıyev və və Ruslan İsmayılov saxlanılıblar.

XaliqTağıyevin üzərinə baxış keçirilən zaman ondannarkotik vasitə hesab olunan heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti