Xəzər Xəbər

İmişlidə əkin sahələri susuz qalıb - VİDEO

Veb TV | 21:16 • 24 Noyabr 2019
İmişlidə əkin sahələri susuz qalıb -

İmişli rayonunun Allahmədətli kənd sakinləri torpaq sahələrini suvara bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, payızlıq arpa və buğda eləcə də yonca sahələrinin suvarılmasında problemlər var.

Sakinlər deyir ki, havalar quraq keçdiyindən sahələrə səpdikləri arpa və buğdanı çöl quşları məhv edir. Hazırda payızılıq əkin dövrü olduğu üçün bu ərəfədə sahələrin suvarılması vacibdir. Əks halda məhsuldalıq ciddi şəkildə aşağı düşəcək.

Sakinlər qeyd edir ki, dövlət tərəfindən onlara verilən pay torpaqları Kür çayının sahilində yerləşsə də onlar bu sudan istifadə edib sahələrini sulaya bilmirlər.

Kür və Araz çaylarında bəndlərin istismarı idarəsindən bildirilib ki, fermerlərin sahələrini suvarmaları üçün çəkilmiş su kanalı və onun bəndi 2010-cu ildə Kür daşqınları zamanı dağılıb.

Bundan sonra həmin kanalın ləğvinə qərar verilib. Sakinlərə isə sahələrini suvarmaq üçün alternativ kanallar təklif olunub. Rayon suvarma sistemləri idarəsinin müdiri Nizami Məmmədov isə bildirib ki, onların sahələri bəndə yaxın ərazidə olduğu üçün bəndin təhlükəsizliyinə görə yeni kanalın yaradılmasına icazə verilmir. Buna görə də aidiyyatı qurumlara təkliflər verilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti