Xəzər Xəbər

Bölgələrdə məişət tullantıları zavoduna ehtiyac var - VİDEO

Veb TV | 20:08 • 27 Oktyabr 2019
Bölgələrdə məişət tullantıları zavoduna ehtiyac var -

Bölgələrdə məişət tullantıları paytaxtda olduğu kimi yenidən emal edilmir. Müxtəlif ərazilərdə xəndəklər qazılaraq basdırılır. Bu zaman qızışma yaranır və həmin tullantılar yanır.

Xezerxeber.az-ın məlumatına görə, Mingəçevirdə yerləşən iri zibil poliqonundan vaxtaşırı havaya qalxan tüstü müşahidə olunur.

Yığılmış tullantıların ətraf mühitə zərərlərini və yaxınlıqdakı saknilər üçün yaratdığı problemin səbəbini öyrənmək üçün aidiyyəti qurumların fikrini öyrəndik.

Mingəçevir Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin rəisi Əli Ağamirov məhv edilmə prosesinin heç də göründüyü kimi aparılmadığını bildirib.

Əlavə edib ki, İqtisadiyyat Nazirliyinin gündəmində regional utilizasiya mərkəzlərinin yaradılması layihəsi var. Belə mərkəzlərdən birinin də Şəki rayonu ərazisində inşa olunması nəzərdə tutulur.

Tovuzda isə şəhər və ətraf ərazilərdən, kəndlərdən məişət tullantıları gün ərzində qrafikə uyğun olaraq iki dəfə xüsusi nəqliyyat vasitəsi ilə toplanaraq poliqona daşınır. Təmizlik işlərini Mənzil Kommunal Təsərrüfat İstismar Birliyi və şəhər bələdiyyəsi birlikdə həyata keçirirlər.

Poliqona toplanan məişət tullantıları isə basdırılma yolu ilə zərərsizləşdirilir. Burada təkrar emal üçün tullantılar toplanmır.

Hər iki qurum Tovuzda məişət tullantıları üçün zavodun tikilməsini labüd hesab edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar