Xəzər Xəbər

Bakıda qırmızı işıqda keçən “Mercedes GL” qəza etdi – VİDEO

Veb TV | 16:01 • 14 Oktyabr 2019
Bakıda qırmızı işıqda keçən

Bakıda baş verən qəza anı kameraya düşüb.

XəzərXəbər Avtosfer.az-a istinadla xəbər verir ki, hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsi ilə, Zərdabi küçəsinin kəsişməsində baş verib.

Belə ki, "Mercedes GL” markalı avtomobilin sürücüsü Haqverdiyev küçəsindən işıqforun qadağanedici nişanının tələbini pozaraq Zərdabi küçəsi ilə kəsişməyə daxil olur.

Bu zaman yaşıl işıqda hərəkətdə olan "Ford Transit” markalı yük avtomobilinin önünə çıxır. Daha sonra "Nissan Tida” markalı avtomobil ilə toqquşur.

Videonu təqdim edirik:

Xəbər lenti