Xəzər Xəbər

Demetin “Nə əri, nə də ki milyonları var” ittihamına Hadisədən cavab - VİDEO

Veb TV | 14:36 • 8 Oktyabr 2019
Demetin “Nə əri, nə də ki milyonları var” ittihamına

Ötən həftə Türkiyənin iki məşhur pop ulduzu - Demet Akalınla Hadisə arasında qalmaqal yaşanıb.

Demet tədbirlərin birini tərk etdiyi zaman jurnalistlərlə üz-üzə gələrək, onlarınsuallarını cavablandırıb. Sənətçiyə ünvanlanan"Hadisənin "Instagram” hesabı 10 milyona çatıb” sualı onu özündən çıxardıb. Demet həmkarını saxtakarlıqda ittiham edib.

"Hadisəyə yazığım gəlir. Günahdır! Elə fikirləşir ki, onu izləyənlərin sayı 10 milyondur. Mən araşdırdım, onun heç izləyici sayı milyona belə çatmır. Hadisənin nə əri, nə də ki milyonları var”.

Həmkarınıyalan danışmaqda günahlandıran Demetə Hadisədən sərt cavab gəlib. O, Demetə şəxsi "Instagram” hesabı vasitəsilə ikibaşlı ismarış ünvanlayıb.

O bildirib ki, haqqında səsləndirilən əsassız ifadələrə cavab verməyib və bundan sonra da verməyəcək.

Xəbər lenti