Xəzər Xəbər

Mərkəzi Bank 200 milyon dollar gəlir əldə edəcək Elman Rüstəmov AÇIQLADI - VİDEO

Veb TV | 20:03 • 30 Sentyabr 2019
Mərkəzi Bank 200 milyon dollar gəlir əldə edəcək

Hazırda Mərkəzi Bankın valyuta ehtiyatları 6 milyard dollardan çoxdur…

Bunu qurumun sədri Elman Rüstəmov Mərkəzi Bankçılığın 100 illiyinə hər edilən mərasimdə deyib. Bildirib ki, Mərkəzi Bank bu il valyuta ehtiyatlarının idarə olunmasından 200 milyon dollar gəlir əldə edəcək.

Elman Rüstəmov deyib ki, Mərkəzi Bank yalnız bank sektorunun likvidliyini təmin etmək üçün bazara müdaxilə edir. Həmçinin müəyyən təşkilatlar var ki, Azərbaycana xarici valyutada kredit cəlb edirlər. Mərkəzi Bankın da öhdəliyi var ki, onlar həmin valyutanı bazarda sata bilməsə, bu məsələdə kömək edilsin.

Elman Rüstəmov son 25 ildə ölkədə olan infilyasiyadan da danışıb. Qeyd edib ki, bu müddətdə orta illik inflyasiya 5% civarında olub, manat dollar qarşısında cəmi iki dəfə kəskin ucuzlaşıb. Halbuki qonşu ölkələrdə milli valyutanın kəskin dəyərdən düşməsi 10 dəfəyə qədər baş verib.

Xəbər lenti