Xəzər Xəbər

Bakıətrafı kənd və qəsəbələrdə zibil konteynerləri azlıq təşkil edir VİDEO

Veb TV | 19:51 • 30 Sentyabr 2019
Bakıətrafı kənd və qəsəbələrdə zibil konteynerləri azlıq təşkil edir

Bakıətrafı bəzi kənd və qəsəbələrdə zibil konteynerləri azlıq təşkil edir. Bu , bir sıra problemlər yaradır. Həmçinin bəzi sakinlər zibil konteynərlərinin azlığını bəhanə edərək,məişət tullantılarını hara gəldi atırlar. Bu problemlər həllini tapacaqmı?Aidiyyatı qurumlarBakıətrafı kənd və qəsəbələrdə tullantı konteynerlərinin sayınınartırılacağınıved edir.

Kimisi qapısından asıb..

Kimisi isə od vurub yandırır.

Bəzi yerlərdə isə konteynerlər az olduğundan tullantılar aşıb-daşıb. Görüntülər Bakıətrafı kənd və qəsəbələrdəndir. Kənd və qəsəbələrdə mərkəzi küçələrdə zibil yeşikləri olsa da, məhəllələr arası bəzi küçələrdə konteynerlərə rast gəlinmir. Bu səbəbdən insanlar məişət tullantılarını ya hara gəldi atırlar ya da yandırırlar.Gülcülük yaşayış massavi,Məhəmmədli vəSuraxanı qəsəbələrində yaşayan sakinlər deyir ki, konteynerlər əsasən mərkəzi küçələrə qoyulub. Onlar da tez bir vaxtda dolur. Həmçinin uzaq olduğundan bəzi sakinlər tullantıları yeşiyə atmaqda elə də maraqlı olmurlar.

Sakinlərin tək istəyi kənd və qəsəbələrdə konteynerlərin sayını artırmaqdır.

Məsələ ilə bağlı Mənzil Kommunal Təsərrüfatı birliyindən bildirildi ki, bakı şəhəri və ətraf qəsəbələrdə konteynerlərin sayının artırılması istiqamətində işlərə başlanılıb. İlkin mərhələdə mərkəzi küçələrdə zibil yeşiklərinin sayı artırılır.

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən isə bildirildi ki, hazırda qurum tərəfindən bakı ətrafı kənd və qəsəbələrdə konteynerlərə ehtiyac olan bütün ərazilərdə araşdırma aparılır. Araşdırmaların nəticəsinə uyğun olaraq bu ilin sonuna qədər kənd və qəsəbələrdə konteynerlərin sayı kifayət qədər artırılacaq.Qurumdan o da bildirildi ki, hazırda yeni konteynerlər sifariş verilib. Onlar da ən qısa zamanda ərazi üzrə paylanılacaq..

Xəbər lenti