Xəzər Xəbər

Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı VİDEO

Veb TV | 18:32 • 19 Sentyabr 2019
Bakıda külək ağacı avtomobilin üzərinə aşırdı

Bakıdagüclü küləknəticəsində 2 ünvandaağac avtomobilinüzərinə aşıb.

Hadisələrdən biri metronun "Nizami" stansiyasının, digəri isə Nəsimi rayonunda yerləşən 1 saylı uşaq poliklinikasının yaxınlığında baş verib.

"Nizami" metrostansiyasının yaxınlığında baş vermiş hadisədə ağac parklanmada olan minik avtomobilinin üzərinə düşüb. Nəticədə avtomobil sahibinə min manatdan çox ziyan dəyib.

Nəsimi rayonunda yerləşən 1 saylı uşaq poliklinikasının yaxınlığında park edilmiş avtomobilin üzərinə də ağac aşıb. Avtomobillərə ciddi ziyan dəysə də, hər iki hadisə zamanı xəsarət alan olmayıb. Bakı şəhər yaşıllaşdırma təsərrüfatı birliyinin bitkilərin mühafizəsi şöbəsinin rəisi orxan məmmədovun "Xəzər Xəbər''ə verdiyi məlumata görə, ümumilikdə külək paytaxtın müxtəlif rayonlarında beş ağacı aşırıb.

Xəbər lenti