Xəzər Xəbər

Keçmiş xanımını iş yerində dəfələrlə bıçaqladı ŞOK VİDEO

Veb TV | 15:30 • 19 Sentyabr 2019
Keçmiş xanımını iş yerində dəfələrlə bıçaqladı

Xanımının boşanmaq qərarı ilə barışmayan kişi onun işlədiyi ofisə gəlib və keçmiş arvadını kameralar qarşısında bıçaqlayıb.

Hadisə Vladiqafqazda baş verib.

Məlumata görə, xanımından ayrılan ər 6 ay sonra onun işlədiyi ofisə gələrək, yenidən birgə yaşamağı təklif edib. Ancaq qadın keçmiş ərinin bu təklifini rədd edib. Bundan sonra ər qadının telefonunu alaraq, ona gələn mesajları oxumağa başlayıb. Daha sonra o, bıçağı götürərək keçmiş arvadına zərbələr endirib və ofisi tərk edib. Qadın xəstəxanaya çatdırılıb. Keçmiş ər isə hadisədən sonra həbs edilib.

Qadının işlədiyi ofisin təhlükəsizlik kameraları bıçaqlanma anını qeydə alıb. Şirkət bu görüntüləri ictimaiyyətə yayaraq, qadının günahsız olduğunu elan edib.

Teleqrar.com


Xəbər lenti

Çox oxunanlar