Xəzər Xəbər

Goranboyda 16 yaşlı gənci maşın vurdu VİDEO

Veb TV | 18:55 • 5 Sentyabr 2019
Goranboyda 16 yaşlı gənci maşın vurdu

Yeniyetməni avtomobil vuraraq öldürüb. Bədbəxt hadisə Goranboyda rayonunun xoylu kəndində baş verib.

Kənd sakini 16 yaşlı Əli Süleymanov yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı dərhal gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Zərərçəkənə tibbi yardım göstərilsədə onun həyatını xilas etmək mümkün olmayıb. Yeniyetmə orada dünyasını dəyişib. faktla bağlı araşdırma aparılır.

Sumqayıtda da ölümlə nəticələnən yol -nəqliyyat hadisəsi qeydə alınıb. qəza şəhərin Sahil küçəsində baş verib. yolu keçən istəyən 55 yaşlı Əziz Cahangirovu Qaz 24 markalı avtomobil vurub. Əziz Cahangirov aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun meyidi müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib. Sürücü isə məsuliyyətə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edə ki, son 1 həftədə həmin yolda 3 nəfəri maşın vurub öldürüb..

Xəbər lenti