Çindən alınmış xiyar toxumu əkən Müyəssər Acıbal məhsulu görəndə görəndə gözlərinə inanmayıb. 1 metr uzunluğunda xiyarın çəkisi 30 kiloqrama çatıb.
Türkiyənin Qozcağız qəsəbəsinin Əhmədlər məhəlləsində yaşayan 63 yaşlı Müyəssər Acıbal qonşusunun keçən il İzmirdən çinli vətəndaşdan aldığı xiyar toxumlarını bağçasına əkib. 6 xiyarın sürətlə böyüdüyünü görən Müyəssər Acıbal xiyarın tağını kökündən çıxarıb. O, günü-gündən böyüyən xiyarları qonşularına və dostlarına paylayıb.
Daha sonra xiyarın fotosunu çəkərək Əkinçilik və Meşə Müdirliyinə göndərib. Rəsmilər bunun bir xiyar növü olduğunu və kəsilməsəydi böyüməkdə davam edəcəyini bildirib./teleqraf