Xəzər Xəbər

Ot bahalaşıb - VİDEO

Veb TV | 19:49 • 30 Avqust 2019
Ot bahalaşıb -

Heyvanların qida rasionunun əsasını təşkil edən ot bahalaşıb.

Xezerxeber.az-ın məlumatına görə, Tovuzda ötən illərlə müqayisədə məhsulun qiymətində 1 manat bahalaşma müşahidə edilir.

Ot tayasının qiyməti isə tərkibindən və üyüdülmə üçün əlverişli olub-olmamasından asılıdır.

Yonca bağlamasının qiyməti 3 manatdan başlayır. Təbii ot 2 manat, 2 manat 50 qəpiyə, ən ucuz başa gələn saman bağlaması isə 1 manat 50 qəpiyə təklif olunur.

Fermerlər deyir ki, bahalaşmanın əsas səbəbi quraqlıqdır.

Kəndlilərin sözlərinə görə, məhsuldarlıq əvvəlki illərlə müqayisədə aşağıdır. Qışda məhsulun daha baha olacağı gözlənilir.

Eyni vəziyyət Bərdə rayonunda da yaşanır. Fermerlər otun qiymətinin yüksək olduğunu bildirirlər.

Heyvandarlıqla məşğul olanlar deyir ki, qiymətlər yüksək olsa da, qışın tədarükünü görməyə məcburdurlar. Çünki məhsuldalıq aşağı olduğu üçün qışda ot tapmaq daha çətin olacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti