Xəzər Xəbər

Meşə yanğınları: Səbəblər və fəsadlar VİDEO

Veb TV | 19:17 • 23 Avqust 2019
Meşə yanğınları: Səbəblər və fəsadlar

Ağsu və Yardımlının dağlıq zonalarında, eləcə də Hirkan Milli Parkında baş verən yanğınlar insanların meşə zonasında davranışlarını aktuallaşdırır. Xüsusilə Hirkan Milli Parkında baş verən yanğın məsələyə həssas yanaşılmanı zəruri edir.

Hirkan milli parkının Haftoni meşəbəyliyinin 22 saylı dolayında baş verən yanğın 10 hektar ərazini əhatə edib.Ekologiya və təbii sərvətlər nazirliyinin departament direktoru Hikmət Əlizadə qeyd edib ki, həyata keçirilən operativ tədbirlər nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb

Hikmət Əlizadənin sözlərinə görə yanğın əsasən kol bitkilərinə ziyan vurub.

Departament direktorunun sözlərinə görə ölkəmizdə dağlıq, meşə zonasında baş verən yanğınların böyük əksəriyyəti insanların ehtiyatsız,məsuliyyətsiz davranışları nəticəsində baş verir.Nazirlik rəsmisi vətəndaşlara meşəyə dincəlməyə gedərkən çox ehtiyatlı olmalarını tövsiyə edib.

Ona görə də yaxın günlərdə meşə zonalarında tətbiq edilən nəzarət daha da gücləndiriləcək.

Xəbər lenti

Çox oxunanlar