Xəzər Xəbər

Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib - VİDEO

Veb TV | 17:05 • 16 Avqust 2019
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib -

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına əsasən Hərbi Hava Qüvvələrinin Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib.


Müdafiə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, birləşmə və hissələrin ştat şəxsi heyəti S-125 zenit-raket komplekslərindən şərti düşmən hədəflərini aşkarlayaraq praktiki şəkildə məhv etmə tapşırığını müvəffəqiyyətlə icra edib.


Keçirilən təlimlərin məqsədi şəxsi heyətin praktiki vərdişlərini təkmilləşdirmək və döyüş qabiliyyətinin yüksəldilməsinə nail olmaqdır.



Xəbər lenti