Xəzər Xəbər

Bakıda ağac qaz turbasının üzərinə aşıb - iki aydır ki, təhlükəli vəziyyətlə maraqlanan yoxdur - VİDEO

Veb TV | 19:57 • 16 Avqust 2019
Bakıda ağac qaz turbasının üzərinə aşıb -

Bakıda küləkli havada qırılan ağac hələ də təhlükə törədir. Həmin ağac məhəllədəki qaz borusunun üstünə aşıb. Sakinlər isə həmin ağacın hər an kiminsə üstünə düşəcəyi və yaxud qaz borusunun partlamasına səbəb olacağından narahatdırlar.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsi 92 ünvanından gedır.

Sakinlərin sözlərinə görə, iyun ayında güclü külək səbəbindən məhlədəki ağaclardan biri qırılaraq telefon xətləri və qaz borusunun üstünə aşıb. Həmin vaxt ərazidə heç kim olmadığından xəsarət alan olmayıb.

Ağacın aşma təhlükəsi ilə yanaşı, qaz borusunun üstünə düşməsi də ciddi problem yaradır. Sakinləri ən çox narahat edən məhz budur. Onlar hər an qaz borusunun partlaması təhlükəsinin olduğunu deyirlər.

Sakinlər məhlədə qırılan hər iki ağacla bağlı aidiyatı üzrə məlumat verdiklərini deyirlər.

Bakı Şəhər Yaşıllaşdırma Təsərüffatı Birliyindən isə bildirdilər ki, sakinlər məsələ ilə bağı əvvəlcə bələdiyyə və yaxud da mənzil komunal təsərrüfat birliyinə müraciət etməlidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ağacın kəsilməsi ilə bağı rəy verdikdən sonra Yaşıllaşdırma Təsərüffatı Birliyi həmin ağacı kəsib götürə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti