Xəzər Xəbər

Azərbaycanda yerli kartof sortları yetişdirilir - VİDEO

Veb TV | 20:34 • 14 Avqust 2019
Azərbaycanda yerli kartof sortları yetişdirilir -

Azərbaycanda milli kartof sortları yetişdirilir. Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Şəmkir Dayaq Məntəqəsində və Tovuzda rayonlaşdırılmış "Telman", "Sevinc", "Əmiri-600" sortlarının yüksək reproduksiyalı toxumlarının istehsalını reallaşdırır.

Xezerxeber.az-ın məlumatına görə, toxumlar dəniz səviyyəsindən 1800 metr yüksəklikdə olan Tovuz rayonunun Sarıtala kəndi ərazisindəki Təcrübə Stansiyasında yetişdirilir.

Milli kartof sortlarının yüksək reproduksiyalı toxumlarının istehsalı ilə yanaşı, Biotexnologiya laboratoriyasında əldə edilən virussuz kartof mini yumrularının əkinləri də ilk olaraq burada reallaşdırılıb. Artıq təcrübə stansiyasında məhsul yetişmək üzrədir. Təcrübəçilər yüksək məhsuldarlıq gözlyəyirlər.

Toxumluq kartofun dağlıq ərazilərdə əkini aprel ayının ikinci yarısında, yığımı isə sentyabr ayının ikinci ongünlüyündən oktyabr ayının birinci ongünlüyünə qədər aparılır.

Yeni sort nümunələrinin seleksiyası və kolleksiya materiallarının, həmçinin bir sıra xarici ölkələrdən gətirilmiş quraqlığa davamlı sort nümunələrinin, botaniki toxumlardan alınmış xəstəliyə davamlı klonların öyrənilməsi də həyata keçirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti