Xəzər Xəbər

Şəhid ailələri daim dövlətin diqqətindədir - VİDEO

Veb TV | 19:44 • 10 Avqust 2019
Şəhid ailələri daim dövlətin diqqətindədir -

26 il öncə Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan Elçin Ağayevin adını həm böyüdüyü küçə, həm də qardaşı oğlu yaşadır.

Xezerxeber.az-ın məlumatına görə, yaşasaydı 51 yaşı olacaqdı, Vətən eşqi, torpağa məhəbbəti Elçin Ağayevi gənc yaşlarında silaha sarılmağa məcbur edib.

Şəhid anası Kübra Ağayeva övladının igid, vətənpərvər gənc olduğunu deyir. Ana həmin illəri xatırladıqca qəlbi sızlayır. Amma təskinliyi övladının adının uca tutulmasıdır. Şəhid ailəsi kimi daim diqqət və qayğı ilə əhatə olunmalarıdır. Onlar dövlət tərəfindən mənzillə təmin edilib, verilən imtiyazlardan yararlanırlar.

Əmisinin adını daşıyan balaca Elçin, Vətən uğrunda canından keçən Elçin Ağayevlə fəxr etdiyini deyir.

Bayram ərəfəsində onlar daha bir sevinc yaşayırlar. Şəhid anası Kübra Ağayeva qız nəvəsini evləndirməyə hazırlaşır. Deyir ki, toy xərclərini də dövlət qurumları öz üzərinə götürüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti