Xəzər Xəbər

Mingəçevir sakini sahibsiz itlərin hücumuna məruz qalıb - VİDEO

Veb TV | 19:00 • 17 İyul 2019
Mingəçevir sakini sahibsiz itlərin hücumuna məruz qalıb -

Mingəçevir şəhər sakini sahibsiz itlərin hücumuna məruz qalıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Mingəçevir şəhərində baş verib.

Mingəçevir sakini 24 yaşlı Əsəd Əsədov sahəyə gedərkən ona itlər hücum edib. O, vəhşi itlərdən qurultumaq üçün yaxınlıqda olan həyətin hündür darvazasının üzərinə qalxıb.

Buna baxmayaraq sahibsiz itlər Əsəd Əsədovun hər iki əlinin barmaqlarını dişləyib. Zərərçəkən ətrafdakıların köməyi ilə xəstəxanaya çatdırlıb.

Həmin gəncin müalicəsi hazırda ev şəraitində davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti