Xəzər Xəbər

719 fermerin 82 milyonluq aqrobiznes layihələri dəstəklənib - VİDEO

Veb TV | 19:21 • 17 İyul 2019
719 fermerin 82 milyonluq aqrobiznes layihələri dəstəklənib -

Bu ilin ilk yarısında Aqrar Kredit və İnkişaf Agentliyi 719 fermerin 82.05 milyon manat dəyərində aqrobiznes layihələrini dəstəkləyib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Agentliyin sədri Mirzə Əliyev deyib.

O qeyd edib ki, Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən ildən-ilə fermerlərə öz bizneslərini, təsərrüfatlarını genişləndirmələri üçün dəstək tədbirləri gücləndirilir.

Mirzə Əliyev qeyd edib ki, fermerlərin layihələrinin reallaşdırılması üçün milyonlarla manat həcmində vəsait ayrılıb.

Agentliyin yarımillik hesabatını açıqlayan Mirzə Əliyev vurğulayıb ki, proqnozlara görə, ilin sonuna kimi kredit portfeli 18,5 % artaraq 120 milyon manata yaxın olacaq.

Mirzə Əliyev banklar tərəfindən fermerlərə kredit verilərkən paytaxda yerləşən hansısa əmlakın girov qoyulması şərtinin yumlaşdılması istiqamətində işlərin aparıldığını da qeyd edib. Görülən tədbirlər nəticəsində kreditə əlçatanlıq iki dəfə artıb.

Agentlik sədri vurğulayıb ki, fermerlərin dəstəklənməsi tədbirləri bundan sonra da davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti